Haci Zeynalabdin Tagiyev.

 

Həyatda çox adamlar var ki,bütün ömrü boyu var-dövlət qazanmağa çalışır,özünü oda-közə vurub xəzinə toplayır ,son qisməti isə beş-on metr ağ parça olur.Öləndən sonra da tezliklə unudulur,heç kimin yadında qalmır var-dövlətini isə öz tərbiyə verdiyi uşaqlar dağıdır.Elə insanlarda var ki,nəinki var-dövlətini lazım gələndə hətta son qəpiyini də millət,xalq yolunda sərf etməkdən usanmır.Belələri ədəbi xatirə kimi, gözəl insan kimi yaddaşlarda qalır,xatırlanırlar.Belə insanların adı tariximizə qızıl hərflərlə yazılmalıdır.Belə insanllardan biridə Hacı Zeynalabdin Tağıyev olmuşdur.Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakı şəhərində anadan olmuşdur.Atası Tağı başmaqçılıq edib öz zəhməti ilə dolanır,oğlunada belə nəsihət edirdi :"Oğlum,zəhmətdən qorxma ,çalış ki,axırda özgəyə möhtac olmayasan."Atası Məmmədtağı oğlunu kiçik yaşlarından öz yanında işlətmiş zəhmətə alışdırmışdır.O,atasının yanından qaçıb bənna yanında palçıq qarışdıran olmuş,gündə 6 qəpik qazanmışdır.Dördüncü sinfi bitirdikdən sonra balaca Zeynalabdin məktəbi buraxır .15 yaşında daşyonanınlığı,18 yaşında bənnalığı ,sonra da memarlığı öyrənir .O,bir qədər pul toplayıb Bibi-Heybətdə neft quyusu qazdırdı.Quyu fantan vurdu.Onun gəliri ilə Zeynalabdin varlandı,səxavətli,xeyirxah milyonçu oldu.Zeynalabdin Tağıyev Kür və Xəzər sahillərində balıq vətəgələri,çəllək zavodları,yük və sərnişin gəmiləri saxlayırdı.Onun Bakıda,Moskvada və başqa yerlərdə imarətləri ,Qubada və Yevlaxda meşələri var idi.Onu yaratdığı Bakı Ticarət Bankının sədrliyinə seçmişdilər.Hacı Zeynalabdin Tağıyev böyük maarifçi idi.O,öz xərci ilə Azərbaycandan uzaqlarda tələbələri oxutdurur,ziyalıların əsərlərini çap edirir.O,Azərbaycanda bir çox məktəb açmış və onların xərcini çəkmişdir.Şərqdə ilk qız məktəbini o,açdırmışdır.Bakıdakı bu məktəb bir neçə ildən sonra qızlar gimnaziyası olmuşdur.Bu gimnaziyada çoxlu ziyalı yetişmişdir.Zeynalabdin 1895-ci ildə Mərdəkanda yeni üsulda sənət məktəbi təşkil etmişdi ki,bu da xalqa qiymətli bəxşiş idi.Hacı Zeynalabdin Tağıyev pulu ilə İranda da məktəblər açdırmışdır.Həmçinin Gəncədə də qizlar məktəbi açmışdır.Bu məktəblərdə oxuyan yoxsul balalarının bütün xərclərini Zeynalabdin Tağıyev özü çəkirdi.Bu xeyirxah,ürəyiaçıq insan milyonçu yetimlər üçün də uşaq evləri də açmışdır.Tağıyev “Kaspi” mətbəəsini açmış və həmin adda qəzetin buraxılmasını,bir neçə jurnalın çap olunmasını təşkil etmişdir.Onun pulu ilə Hindistanda və İranda da qəzet çap etdirilirdi.O,Bakı müsəlmanları arasında savad yayan”Nəşri-maarif” cəmiyyətinin sədri idi.O,görür ki,Bakı əhalisi suya görə əziyyət çəkir və qərara gəlir ki, Bakıya su kəməri çəkdirsin.Ona deyirlər ki,ən yaxşısı və sərfəlisi Kür çayından kəmər çəkməkdir.Amma Hacı Zeynalabdin buna razı olmur deyir ki,nə xərci varsa mən ödəyirəm və deyir ki,kəmər Bakıya Dağıstanın Samur çayı yaxınlığındakı Şollar kəndindən gətirməyi lazım bilir.Su kəmərini çəkmək üçün çəkmək üçün Hacı Zeynalabdin Almaniyadan mühəndis gətizdirmişdir.Bu su kəməri üç qat baha başa gəlsə də ,Tağıyev özündən razı qalmışdı.
Çarla Tağıyevin söhbətindən kiçik bir parça:
-Çar Tağıyeva e`lan edəndəki sən mənim vətəndaşımsan.
-Bu Zeynalabdinə ağır təsir etmişdir və o demişdi:Mən sənin deyil,hamı kimi Rus imperiyasının vətəndaşıyam.Xalqımızın sərvətinin,var-dövlətinin Rusiyaya müftə axıdıldığını görən Tağıyev e`tiraz etmişdi.
-Çar bu narazlığın səbəbini soruşanda.
-Hacı Zeynalabdin cavab vermişdir:Xəzər bizim-kürüsü sizindir,Kür bizim-balığı sizindir,bağlar bizim-meyvəsi sizindir.
-Çar e`tiraz edib demişdir:Axı bizdə sizə müəyyən şeylər veririk.
-Zeynalabdin rişxəndlə cavab vermişdir:Doğru deyirsiniz,həbsxanalar sizin-məhbuslar bizim.
Hacı Zeynalabdin Tağıyev millətimizin fəxridir.
ALLAH RƏHMƏT ELƏSİN YATDIĞI YER NURLA DOLSUN!!!
İnsanların ən yaxşısı camaatın xeyrinə çalışandır.
“Məhəmməd(s.a.s) peyğəmbər”
Ağılla dövlət əldə etmək olar,dövlətlə ağıl qazanmaq olmaz.
“Qabusnamə”-dən
 
Сайт управлÑетÑÑ ÑиÑтемой uCoz